Maide.az

Osama bin Ladenin oğlu Amerikaya hücum əmri verib?

Əl-Qaidə təşkilatı özünün keçmiş lideri Osama bin Ladenin oğlu Hamza bin Ladenə aid olduğu iddia edilən səs mesajı yayıb.   Bu ilk dəfədir ki, Əl-Qaidənin təbliğat mesajında Hamza bin Laden təşkilatın üzvü olaraq təqdim edilir.   Əl-Qaidə tərəfdarlarının Tvitterdə paylaşdığı audiomesajda “Hamza bin Laden, ABŞ və onun müttəfiqləri üzərinə hücuma çağırıb”.   Osama bin Laden öldürüləndən bəri təşkilata liderliyi rəhbərlikdə ikinci şəxs olmuş Ayman al-Zavahiri edir.   Hamza Bin Ladennin hazırda harada olduğu bilinmir. Onun indi 20-25 yaşlarında olduğu söylənir.   2001-ci ildə ABŞ-ın rəhbərliyi altında Əfqanıstana müdaxilənin Əl-Cəzirə tərəfindən yayınlanmış videosunda Hamzanın Taliban sıralarında olduğu görünür.   Onun Əl-Qaidənin internet saytında yerləşdirilmiş audio müraciətində Kabul, Bağdad və Qəzzadakı tərəfdarlar Vaşinqton, London, Paris və Tel-Əviv üzərinə müqəddəs cihada çağırılır.