Maide.az

ORUCU BATİL EDƏN İŞLƏR

Maide.Az orucu batil edən işləri əziz oxuculara təqdim edir:    Doqquz iş orucu batil edir: 1. Yemək-içmək; 2. Cima (cinsi yaхınlıq); 3. İstimna (fərdin süni yolla özündən sperma xaric etməsi – onanizm); 4. Allah, Peyğəmbər (s) və onun canişinlərinin (ə) adından yalan demək; 5. Qəliz tozu boğaza çatdırmaq; 6. Başı tamamilə suya batırmaq (vacib ehtiyata əsasən); 7. Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8. Axıcı (maye) şeylərlə imalə etmək; 9. Bilərəkdən qusmaq.