Maide.az

Orduda yeni təlimlər

Müdafiə Nazirliyinin hazırlıq mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.   Rəsmi məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.   Maide.Az "Mod.gov.az"-a istinadən xəbər verir ki,  Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə desantçıxarma əməliyyatlarının naviqasiya-hidroqrafik, hidrometeoroloji və topogeodeziya təminatı mövzulu taktiki-xüsusi təlim keçirildiyini də bildirir Təlimdə tədqiqat qruplarının formalaşdırılması, əməliyyat keçiriləcək əraziyə çıxışı və desantçıxarma əməliyyatlarının keçiriləcəyi ərazilərdə dərinlik ölçmə və geodeziya ölçmələri icra edilib.