Maide.az

İordaniyalı qız, 7 aya Quranı əzbərlədi

Hadel Səid Əl-Seydavi adlı İordaniyalı 12 yaşlı qız 7 ay ərzində Quranı tam əzbərliyə bilib.  Maide.az xəbər verir ki, xanım S.Əl-Seydavi gələcəkdə Quran müəllimi olmaq arzusundadır. “Mən Quran əzbərləmək məqsədi ilə kursa yazılanda Quranın 3 cüzünü əzbər bilirdim və çox çalışmaqla rekord hesab olunan 7 ay ərzində Quranı tam əzbərliyə bildim”,-deyə O bildirib.  O deyib ki, Quran əzbərləməsi onun təhsilinə maneə yaratmayıb. “Quranı əzbərləməyə başladığım vaxtdan biliyim artıb və baxışlarım inkişaf edib.”.  Qeyd edək ki, bundan öncə Nur Əbu Leyl adı 8 yaşlı İordaniyalı qız  Quranı tam əzbərləyərək bu ölkənin ən balaca Quran hafizi ləqəbini qazanmışdı. /