Maide.az

İordaniya hökuməti: “İsrailin Məscidi-Əqsaya qarşı hücumlarına səssiz qalmayacağıq”

İordaniya informasiya naziri və hökumət sözçüsü Məhəmməd əl-Momeni İsrailin Fələstinə qarşı təcavüzü haqqında danışıb. Maide.az xəbər verir ki, əl-Momeni təcavüzçü sionist rejimin 50 yaşdan aşağı müsəlmanların Məscidi-Əqsaya girişinə qadağa qoymasını qınayıb. Momeni İsrailin provakativ hərəkətləri nəticəsində dini müharibə çıxacağı haqqında xəbərdarlıq da edib: “İordaniya höküməti heç bir müsəlmnanın qəbul etməyəcəyi hərəkətə görə İsrailə xəbərdarlıq edir. Buna səssiz qalmayacağımızı bilsinlər”. Məscidi-Əqsanın zaman və məkan baxımında bölünməsinin qəbuledilməz olduğunu deyən əl-Momeni sözlərinə əlavə edib ki, İsrailin təcavüzləri bölgəni müharibənin içinə çəkir: “İsrail 1,7 milyard müsəlmanın hissləri ilə oynayır və radikalları istədiklərini edə biləcəyi bir şərait hazırlayır. İsrail təcavüzlərinə son qoymasa bütün hüquqi və dioplamatik tədbirlər alınacaq”. /