Maide.az

İordan çayının Qərb Sahilində onlarla fələstinli həbs olunub

Sionist rejiminin hərbçiləri bazar ertəsi günü səhər İordan çayının qərb sahilində Cenin , Beyt Ləhm , Əriha və Ramallah şəhərlərinə hücum edərək , 17 fələstinli o cümlədən Həmasın 3 məsul şəxsini həbs edib, naməlum istiqamətə aparıblar.  Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, Sionistlər  Qərb Sahilində Əl-Xəlil şəhəri şurasının üzvlərindən olan Faruq Aşur-u həbs etdikdən bir həftə sonra , onun barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçildiyini elan ediblər. Məlumata əsasən, son günlərdə Beytül-Müqəddəsdə Sionist rejim polisi və fələstinli namaz qılanlar arasında baş verən toqquşmada onlarla fələstinlinin  yaralandığı bildirilir.  Həmçinin fələstinli gənclərlə sionist hərbçilərinin Nablos şəhərində toqquşmaları nəticəsində iki nəfər yaralanıb /.