Maide.az

OPEC Venesueladakı vəziyyətdən narahatdır

"Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyir".   Maide.Az “Report”a istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.    Onun sözlərinə görə, hələlik məlum hadisələrin qlobal neft bazarına necə təsir edəcəyi məlum deyil.    O həmçinin əlavə edib ki, Venesuelanın neft naziri Manuel kevedo ilə sıx əlaqədədir.