Maide.az

Ondan 72 gündür xəbər yoxdur

Bəhreyn rejiminin qüvvələri 72 gün öncə ölkənin əd-Dərraz bölgəsinə basqından sonra müctəhid Ayətullah Şeyx İsa Qasimdən bir xəbər- ətər yoxdur.   Bəhreyn rejiminin qüvvələri Ayətullah Şeyx İsa Qasimin mənzilinin yerləşdiyi və kütləvi dinc aksiyaların şahid olduğu əd-Dərrazı ötən ildən muhasirədə saxlayır.   Ayətullah İsa Qasimin vətəndaşlıqdan məhrum edilməsi və onun əsassız ittihamlarla muhakimə edilməsi nəticə vermədikdən sonra Bəhreyn rejimin qüvvələri 72 gün öncə əd-Dərraza basqın etdi. O gündən indiyə qədər Ayətullah İsa Qasimin vəziyyəti haqda dəqiq məlumat yoxdur.   Bəzi məlumatlara görə Bəhreyn rejimin qüvvələri onu ev dustağı edib. (islaminsesi) /