Maide.az

Omskda məsciddə yanğın olub

Omskda məsciddə yanğın baş verib.   Maide.Az Trend-ə istinadən xəbər verir ki, vilayət fövqəladə xidməti yanğının səhər saatlarında başlaması barədə xəbər yayıb.   Yanğının miqyası böyük olduğu üçün hadisə yerinə 7 yanğınsöndürən maşın və 31 canlı qüvvə cəlb edilib.   İnsident nəticəsində xəsarət alanların olması barədə hələ məlumat yoxdur.   Məsciddə yanğının hansı səbəbdən baş verməsi məlum deyil.