Maide.az

Omanda İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin konfransı keçiriləcək

Omanın paytaxtı Maskatda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin 9-cu konfransı keçiriləcək.  Maide.az xəbər verir ki,konfrans noyabrın 2-də başlaycaq və noyabrın 4-dək davam edəcək.  Konfrans İslam dünyasında mədəniyyət sahəsinə yeniliklər və siviliziasiyalar arasında dialoqun möhkəmləndirilməsi məqsədi ilə keçirilir. /