Maide.az

Olland və Netanyahudan Əsədə sui-qəsd

Suriya prezidenti Bəşər Əsədə sui-qəsd planı üzə çıxıb. Maide.az xəbər verir ki, ABŞ-da yayımlanan “Vetrans Today” qəzetinin internet saytı Bəşər Əsədi öldürmək üçün planlanan sui-qəsdin arxasında Fransa prezidenti Fransua Olland və Sionist rejiminin baş naziri Benyamin Netanyahunun olduğunu yazıb. Məlumata görə, Əsədə sui-qəsdi Hərbi Kəşfiyyat Birliyinin rəhbəri Rəfiq Şəhadə və adı açıqlanmayan bir israilli agent həyata keçirməli imiş. Həmçinin vurğulanıb ki, sui-qəsdin Holland və Netanyahunun Doha və Riyada ziyarətlərindən sonra həyata keçirilməsi nəzərdə tutulubmuş./