Oktyabrda Bakıda aylıq inflyasiya 0,7 faiz olub
Bakıda istehlak məhsullarının və xidmətlərin qiymətləri bu ilin oktyabr ayında sentyabr ayına nisbətən 0,7% artıb. Maide.Az bildirir ki, Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, ərzaq məhsullarının qiymətlərində 1,5%, qeyri-ərzaq məhsullarında 0,3%, xidmətlər üzrə qiymətlərdə 0,1% artım müşahidə olunub.