Obama Pentaqonun yeni rəhbərinin adını bu gün elan edəcək
ABŞ prezidenti Barak Obama dekabrın 5-də müdafiə naziri vəzifəsinə namizədi təqdim edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib. Bu vəzifəni tərk etmiş Çak Heygelin xələfinin onun müavini Eşton Karterin olacağı ehtimal edilir. Çak Heygel noyabrın sonlarında müdafiə naziri vəzifəsindən istefa verib.