Maide.az

Obama: İŞİD Amerikanın İraqa hücumundan doğulub

Amerika prezidenti İraq, Suriya və Liviyada İŞİD terror təşkilatının dünyanın birinci problemi olduğunu bildirib. Maide.az-ın xəbərinə görə Amerika prezidenti Barak Obama "Vice News TV" kanalına verdiyi müsahibədə, İŞİD-in Amerikanın İraqa hücumu nəticəsində istəkdən kənar yarandığını deyib.  Obama, İŞİD-in birbaşa olaraq İraqdakı Əl-Qaidə qrupundan qaynaqlandığını və Amerikanın İraqa hücumu zamanı böyüdüyünü söyləyib. Qeyd edək ki, başda Amerika və regiondakı müttəfiqlərinin məhsulu olan İŞİD İraq və Suriyadakı hücumlarında saysız-hesabsız qətllər törədib.