Maide.az

İnzibat xəta törədən maşınlar artıq bura gətiriləcək

Nazirlər Kabineti bununla əlaqədar “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”yə dəyişiklik edib. Maide.Az Trend-ə istibadla xəbər verir ki, əsasnamənin mövcud variantına əsasən, Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin (BNA) mühafizə olunan duracağına gətirilir. Əsasnaməyə edilən yeni dəyişikliklə isə qeyd edilən nəqliyyat vasitələri BNA-nın ən yaxın mühafizə olunan duracağına gətiriləcək.