Nyu-Yorkda Quranın nadir nüsxələri auksiona çıxarılacaq-FOTO
2018-ci ilin aprel ayının 20-də New Yorkda Quranın bəzi nadir nüsxələri və eləcədə 200-dən çox İslami əsər auksiona çıxarılacaq. Maide.Az xəbər verir ki, auksionda 12-ci yüz ilə aid İran və ya Orta Asiyaya məxsus gözəl Kufi xətti ilə yazılmış nadir Quranın bir nüsxəsi satışa çıxarılacaq. Ilkin qiyməti 313 min dollar müəyyən edilib. Hərraca çıxarılacaq daha bir əsər üzərində qızıl ulduzlar olan yaşıl rəngli metal rəhildir. Bundan başaq Ali Muhamməd Mektub Əl Əşrəfin xəttatlığı ilə yazılmış Quran nüsxəsidir ki, bu nadir nüsxə Misirdə 1370 –ci ildə İbrahim əl Amidi tərəfindən təzhib edilib. Xüsusi kolleksiyada çox nadir nümunələr Timur dövründən qalma saxsı qablar, ipək geyimlər, rəsm əsərləri, astronomiya, riyaziyyat və tibbdə çox önəmli olan qədim əlyazmalalar hərraca çıxarılacaq.