Nyu-yorkda müsəlman günü yürüşü keçirilib
ABŞ-ın Nyu-York şəhərində müsəlman günü yürüşü keçirilib. Maide.Az dunyabulteni.net xəbər agentliyinə istinadən xəbər verir ki, yürüşün əsas şüarı "Allah və ölkə üçün" olub. ABŞ-dakı müsəlman icmalarının iştirakı ilə Manhettanda keçirilən yürüşə qatılanlar, sülh mesajları daşıyan plakatlar və müsəlman ölkələrin bayraqlarını qaldırıblar.ş Yürüşə dünyanın bir çox regionundan ABŞ-a mühacirət etmiş müsəlmanlarla yanaşı digər dinlərə mənsub din xadimləri, Nyu-York məclis sədri Melissa Mark Viverito, dövlət müvəkkili Letitia Ceyms də iştirak edib. Oğlu İraqda ABŞ ordusu üçün döyüşərkən öldürülən Pakistan əsilli Xızır Xan, müsəlman günü yürüşündəki çıxışında, ABŞ vətəndaşı olan müsəlmanlara noyabr ayında keçiriləcək prezident seçkilərində fəal olmağa çağırıb.