Maide.az

Nyu-Yorkda helikopter qəzaya uğrayıb

Nyu-Yorkda göyərtəsində bir neçə nəfərin olduğu helikopter qəzaya uğrayıb.   APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, helikopterin İst River boğazına düşmə anının əks olunduğu video internetdə artıq yayılıb.   Məlumata görə, insident nəticəsində 2 nəfər ölüb. Daha bir nəfəri xilas etmək mümkün olub.   Qəzanın səbəbləri müəyyənləşdirilir.