Maide.az

Nyu-Yorkda foto-sərgi təşkil olunacaq – Müsəlmanlar haqqında - FOTO

Fevral ayının 18-də Nyu-York şəhər muzeyində müsəlmanlar haqqında foto-sərgi təşkil olunacaq.    Maide.Az xəbər verir ki, Amerikanın Nyu-York şəhər muzeyi bu şəhərdə yaşayan müsəlmanlar və islami camiə ilə bağlı xüsusi foto-sərgi təşkil edir.    Foto-sərginin təşkilindən məqsəd Nyu-York cəmiyyətində müsəlmanların zəngin və köklü mədəniyyətini göstərməkdir.  Sərgidə nümayiş olunacaq fotolar Amerikanın tanınmış 4 fotoqrafı tərəfindən çəkilib. Fotolardan bəzisi 1940-cı illərə aiddir, digər fotolar isə son 30 ilin fotolarıdır.    Sərgidə həmçinin müsəlmanların XVII əsrdə Nyu-Yorkda olduğuna dair fotolar sərgilənəcək. Bildirilir ki, Manhattan bölgəsi o zaman kiçik bir Suriyanı xatırladırdı və orada müsəlmanlar məskunlaşmışdır. 1960-cı ildən müsəlmanların Nyu-Yorka köçü artıb və hazırda Nyu-Yorkda 300 min müsəlman yaşayır.   Sərgidə nümayiş olunacaq fotolardan bəzisini təqdim edirik: