Növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək
Dövlət başçısının 5 dekabr tarixli sərəncamı ilə Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020- ci il fevralın 9-na təyin edilib. Sərəncamın mətnində deyilir ki, beşinci çağırış parlamentin buraxılması barədə qərar Milli Məclis üzvlərinin 2 dekabr tarixli müraciəti və Konstitusiya Məhkəməsinin 4 dekabr tarixli qərarı əsasında qəbul edilib.