Maide.az

Növbəti iqtidar-müxalifət görüşünün vaxtı məlum olub

İqtidar və müxalifət partiyaları arasında növbəti görüşün vaxtı məlum olub.   Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə APA-ya açıqlamasında bildirib ki, görüş mayın 15-də saat 10:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.   O qeyd edib ki, siyasi partiya rəhbərləri görüşlə bağlı təkliflərlə çıxış edəcəklər.   Xatırladaq ki, iqtidar-müxalifət görüşü indiyədək iki dəfə baş tutub. Bu görüşlərin davamlı keçirilməsi qərara alınıb.