Maide.az

Növbəti sammit Astanada olacaq

MDB Dövlət Başçılarının növbəti Sammiti gələn ilin sentyabr-oktyabr aylarında Astanada təşkil olunacaq.   Maide.az-ın məlumatına görə, Dövlət Başçıları Şurasına sədrlik 2015-ci ildə Qazaxıstana keçəcək.   Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. O deyib: "Biz razılaşdıq ki, sədrlik Qazaxıstana keçsin, və sentyabr-oktyabr aylarında MDB Dövlət Başçılarının növbəti Şura iclasını Astanada keçirək. Bunun dəqiq tarixini sonra dəqiqləşdirəcəyik."   A.Lukaşenko vurğulayıb ki, MDB-nin indiki konsepsiyası çərçivəsində əhəmiyyətli işlər yerinə yetirilib, amma elmi əməkdaşlığın inkişaf səviyyəsi qənaətbəxş deyildir.