Maide.az

Nuri Əl-Maliki: `Mosulun İŞİD tərəfindən işğal edilməsinin səbəbkarı ABŞ-dır`

  İraqın sabiq baş naziri Nuri Əl-Maliki Mosulun işğal edilməsi hadisəsində ABŞ və Əl-Qaidə terror təşkilatının liderlərindən bəzilərinin yaxın əməkdaşlıq etdiklərini deyib.   Deyerler.org xəbər verir ki, Bağdadda İRİB xəbər agentliyinə açıqlama verən Əl-Maliki Mosulun işğalından əvvəl ABŞ ordusunun yüksək rütbəli zabitlərindən bəzilərinin şimali İraqda Əl-Qaidə terror təşkilatı komandirlərinin bəziləri ilə gizlicə görüşərək, Mosulun işğal edilməsini planlaşdırdıqlarını bildirib.   Maliki, Mosulun İŞİD tərəfindən işğal edilməsinin əsas səbəbkarının ABŞ olduğunu deyib.   Maliki, ABŞ-ın Bağdad və Vaşinqton arasında imzalanan strateji müqavilənin tələbinə əməl etmədiyini və ən pis vəziyyətlərdə İraqa təslim edəcəyini öhdəliyinə götürdüyü silahları vermədiyini bildirib. /