Maide.az

Nuri əl-Maliki: İraq ordusu terroristlərin ələ keçirdikləri şəhərlərə nəzarəti bərpa edir

“İraq ordusu terroristlərin ələ keçirdikləri şəhərlər üzərində nəzarəti bərpa edir.” Maide.az-ın verdiyi məlumata görə, bunu İraqın Baş naziri Nuri əl-Maliki deyib. Hökumət başçısının sözlərinə görə, təhlükəsizlik qüvvələri "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı silahlılarının ələ keçirdikləri əraziləri hökumətin nəzarəti altına qaytarır. əl-Maliki həmçinin amnistiya elan edib və İraq xalqının qanın tökülməsində əli olmayan şəxsləri bağışlayıb.  Xatırladaq ki, iyunun 16-da terroçular İraqın Təl-Əfar şəhərini üzərində nəzarəti ələ alıblar. İyunun 22-də bu şəhərdəki hərbi aeroport da yaraqlılar tərəfindən ələ keçirilib.