Maide.az

İntiqam Əliyev üçün prezidentə müraciət edildi

«Biz, aşağıda imza atan jurnalistlər, vəkillər, ziyalılar və ictimai xadimlər sizə hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevlə bağlı müraciət edirik».   Hazırda həbsdə olan İntiqam Əliyevlə bağlı prezidentə müraciət belə başlayır. 70 nəfərin imzaladığı müraciətdə daha sonra deyilir:   «İntiqam Əliyev Azərbaycanda azsaylı şəxsiyyətlərdəndir ki, hansı düşüncənin, hansı mövqeyin sahibi olmasından asılı olmayaraq, fərqli təbəqələrdən olan ən müxtəlif siyasi baxışlı şəxslər üçün ədalət prinsiplərinin, müəllimliyin, təmizliyin simvoluna çevrilməyi bacarıb. İntiqam Əliyev onlarla vəkilin müəllimdir. O, ölkəmizin işıqlı gələcəyi, gənclərin maariflənməsi üçün daim təmənnasız xidmət göstərib».   Müraciətdə İntiqam Əliyevin səhhətində yaranan problemlərin, vəziyyətinin pis olması nəzərə alınaraq prezidentdən onun azadlığa buraxılması istənilir:   «Biz, aşağıda imza atan şəxslər, zərurət yaranarsa, İntiqam Əliyevə zamin durmağa hazırıq. Ümid edirik ki, siz humanizm prinsiplərini əsas götürərək İntiqam Əliyevin hazırkı sağlıq durumunu nəzərə alacaq, onun haqqında çıxarılmış həbs-qətimkan tədbirinin qanunda nəzərdə tutulmuş digər tədbirlərlə əvəz edilməsi üçün müvafiq göstəriş verəcəksiniz».   İntiqam Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun səhhəti oktyabrın 24-də keçirilən məhkəmə prosesində pisləşmişdi. İstintaq orqanı onu müayinə üçün Onkoloji Mərkəzə aparmışdı. İ.Əliyev əsəb və yuxusuzluqdan əziyyət çəkir. Övladları ilə görüşündə sona qədər iştirak edə bilməyib. 15 gündür yuxusuz olduğu, ayaqlarında qıcolmanın, tutulmaların baş verdiyi, dərmanların lazımi effekt vermədiyi bildirilir. Müraciətdə onun tez bir zamanda normal şəraitdə müalicəsinin davam etdirilməsi vacibliyi vurğulanır.   İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib. azadliq  /   İmza edənlərin siyahısı:   1. Cavad Cavadov - vəkil 2. Samirə Ağayeva - vəkil 3. Aynur İmranova - jurnalist 4. Əlayif Həsənov - vəkil 5. Natiq Cavadlı - jurnalist 6. Xalid Kazımov - jurnalist 7. İlhamiyyə Rzayeva - jurnalist 8. Bəxtiyar Hacıyev - ictimai fəal 9. Rasim Əliyev - jurnalist 10. Əlövsət Əliyev - hüquqşünas 11. Sevinc Süleymanlı - ictimai fəal 12. Fariz Namazlı - vəkil 13. Mirzə Sakit -şair 14. Feyruz Şivəxanov 15. Gunay İsmayılova - hüqüqşünas 16. Azər Mehdiyev - iqtisadçı 17. Aida Eyvazova - jurnalist 18. Ruslan Mustafazadə - hüquqşünas 19. İsmayıl Rəsulov - ehtiyatda olan zabit 20. Daşqın Qaraşlı - ictimai fəal 21. Humayat Rizvanqızı 22. Elçin Həsənov - hüquq müdafiəçisi 23. Mirvari Qəhrəmanlı - hüquq müdafiəçisi 24. Ellada Məmmədli - ictimai fəal 25. Rövşanə Rəhimli - hüquqşünas 26. Vüsalə Əhmədli - jurnalist 27. Tural Musayev hüquqşünas 28. Vüsalə Əhmədli - jurnalist 29. Ruslan Vəliyev - vəkil 30. İlqar Vəliyev - jurnalist 31. Elnarə Kərimova- jurnalist 32. Ələsgər Məmmədli - hüquqşünas 33. Mübariz Qarayev - vəkil 34. Samir Əliyev - iqtisadçı 35. Turan Bahadırbəyli - hüquqşünas 36. Gülnarə Rüstəmli - hüquqşünas 37. Ruslan Mustafazadə - hüquqşünas 38. Yeganə Vəliyeva - hüquqşünas 39. Gunay Musayeva - jurnalist 40. Sevil Nuriyeva - jurnalist 41. Nəcibə Rəfizadə - hüquqşünas 42. Elçin Həsənov -jurnalist 43. Sevinc Əliyeva -vəkil 44. Simnarə Mirzəyeva - hüquqşünas 45. Gülmayə Quliyeva - vəkil 46. Elnur Əliyev - hüquqşünas 47. Ramil Qurbanov - hüquqşünas 48. Elçin Abdullayev hüquq müdafiəçisi 49. Lətafət Məlikova - hüquq müdafiəçisi 50. Yaşar Ağazadə -hüquqşünas 51. Vəfa Rüstəm - Hüquqşünas 52. Zöhrab İsmayıl -iqtisadçı 53. Rahim Rəhimov - hüquqşünas 54. Əliəsgər Axundov - hüquqşünas 55. Abuzar Mütəllimov - vəkil 56. Azər Cəfərli - hüquqşünas 57. Camal Əhmədov - hüquqşünas 58. Faiq Nağıyev - vəkil 59. Əsabəli Mustafayev - vəkil 60. Şükür İzzətoğlu - hüquq müdafiəçisi 61. Azər Cəfərli - hüquqşünas 62. Məlahət Qisuri Zeynallı - jurnalist 63. Fuad Qəşəmov - vəkil 64. Arzu Abdullayeva - hüquq müdafiəçisi 65. Sevinc İsgəndərova - hüquq müadfiəçisi 66. Elşən Nağıyev - hüquq müdafiəçisi 67. Şəmşad Ağayev - jurnalist 68. Pərviz Əzimov - jurnalist 69. Bəkir Nərimanoğlu - jurnalist 70. Ruslan Əsəd - ictimai fəal"/