Maide.az

İntihara cəhd edən şəxs 9 gün sonra ölüb

Bakıda intihara cəhd edən şəxs 9 gün sonra ölüb.   “Report”un xəbərinə görə, sentyabrın 29-da Maştağa qəsəbəsi Neftçilər küçəsi ev 5 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Mirabdulla Abdullayev intihar məqsədi ilə sirkə turşusu içib.   O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.   M.Abdullayev tibbi yardım almasına baxmayaraq, oktyabrın 7-də dünyasını dəyişib. Faktla bağlı istintaq davam etdirilir. /