Maide.az

İnterpol Suriya hökumətinə qoyduğu qadağanı ləğv etdi

 İnterpolun Suriya hökumətinə 2011-ci ildə qoyulan qadağanı ləğv etdiyi bildirilir.   Maide.Az  “TRT”-ə istinadla xəbər verir ki, Beynəlxalq  Cinayət Polisi Təşkilatının (İnterpol) Suriyaya tətbiq etdiyi qadağanı ləğv etdiyi bildirilib.   “Dəməşqə təşkilatın qlobal təhlükəsizlik polisi rabitə şəbəkəsinə giriş icazəsi verildi”.   İnterpol 1953-cü ildə təşkilata üzv olan Suriyanı 2011-ci ildə ölkədə müharibə vaxtı qadağa qoymuşdu.   Qeyd edək ki, İnterpol-a 194 ölkə üzvdir.