Maide.az

`İnterpol` iraqlı sabiq naziri təhvil verdi

Korrupsiyada ittiham edilən və "İnterpol" tərəfindən axtarışda olan İraqın sabiq Ticarət naziri Əbdülfəttah əs-Sudani ötən ay Livanın Beyrut hava limanında yaxalanmışdı.   Maide.Az xarici KİV-ə istinadən xəbər verir ki, "İnterpol" İraq hökumətinin rəsmi müraciətini müsbət cavablandırıb və dünən onu təhvil verib.   Əs-Sudani ölkədən qaçan və tutularaq ekstradisiya edilən ən yüksək vəzifəli şəxs kimi də İraq tarixinə düşüb.   Qeyd edək ki, 2012-ci ildə sabiq nazir haqqında 7 il qiyabi həbs qərarı çıxarılmışdı.