Maide.az

İnternetə girişdə problemlərin ola biləcəyi ATS-lərin SİYAHISI

"Bakı telefon rabitəsi" İstehsalat Birliyinin 6 telekommunikasiya qovşağındakı (TKQ) kabel-kanalizasiya qurğularında aparılan təmir işləri ilə əlaqədar internetə girişdə problemlər yaşana bilər.   Bu barədə Trend-ə istehsalat birliyindən məlumat verilib.   Problemlər aşağıdakı telekommunikasiya qovşaqlarında yarana bilər:   - Xətai TKQ: ATS 411/412/561/566/493/498,   - Yasamal TKQ: ATS 401/406/430/432/538/568/581/502/594,   - Qaradağ TKQ: ATS 445/446/410/545,   - Nizami TKQ: ATS 421/371/374/377/ 579/477/478/571,   - Sabunçu TKQ: ATS 425/427/428/450/451/550/551/455/452/457,   - Xəzər TKQ: ATS 453/454//456/459/457.   Verilən məlumata görə, təmir-bərpa işləri beş ay ərzində başa çatacaq. /