Maide.az

İnternetə qoyulan qadağaların dünya iqtisadiyyatına vurduğu zərər - RƏQƏMLƏR

Mərkəzi ABŞ-da yerləşən beynəlxalq araşdırma qurumu Brookings İnstitutu, son bir 1 ildə dünyada keçirilən internet, servis və proqramlara qoyulan qadağanın hesabını açıqlayıb.   Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, statistikaya görə 2015-ci ilin iyul ayından 2016-cı ilin iyun ayına qədərki internet qadağaları, dünya iqtisadiyyatına 2,4 milyard dollara başa gəlib.   İnternet qadağaları Türkiyə iqtisadiyyatına isə 35 milyon dollara başa gəlib.   Brookings İnstitutunun araşdırmalarına görə, beynəlxalq aləmdə qadağaları ən çox internet kəsintiləri tutur. Bu kəsintilər 1 milyard dollardan çox itkiyə səbəb olub.  Hindistan internet qadağalarına görə birinci sırada yer alıb. Belə ki, Hindistanda 1 ildə 70 gündən çox internet qadağaları olub.   Ölkələr üzrə statistikanı təqdim edirik:   Ölkə   İnternet Kəsintisi (gün)   Maliyyə(dollar)   Hindistan 70.54 968,080,702 Səudiyyə Ərəbistanı 45 465,280,632 Fas 182 320,456,034 İraq 2.75 209,578,705 Braziliya 5 116,038,230 Konqo 15 72,514,694 Pakistan 3.83 69,769,394 Banqladeş 25 69,178,309 Suriya (İŞİD bölgəsi) 348 47,945,886 Türkiyə 2.75 35,142,917 Əlcəzair 6 20,504,794 Vyetnam 4 11,921,178 Efiopiya 30 8,539,355 Suriya (İŞİD xaricindəki bölgə) 0.6 8,323,938 Çad 1 3,712,931 Uganda 5 2,160,617 Bəhreyn 8 1,246,616 Liviya 0.04 414,194 Şimali Koreya 0.29 313,666 Cəmi 753 2,431,122,803