İnsanlar ölüm zamanı səs eşitməyə davam edirlər
Ölüm zamanı insan beyni səsləri təsbit etməyə davam edir. Bu nəticəyə ABŞ-ın Britaniya Kolumbiyası Universitetinin psixoloqları gəliblər. Məlumata görə, araşdırma çərçivəsində 17 sağlam, 13 hospis (sağalma ehtimalı az olan xəstələrin qaldığı yer) pasiyentin (onlardan 8-i şüurlu, digər 5 nəfər isə şüursuz və ya ölüm ayağında) beyin aktivliyi tədqiq edilib. Öncə sağlamlar, daha sonra isə hospis pasiyentləri üçün 5 notdan ibarət qısa bəstələr dinlədilib. Beynin səslərə olan reaksiyası elektroensefaloqraf (EEQ) vasitəsilə qeyd olunub. Məlum olub ki, ölən insanlarla sağlam insanların beyni kompozisiyalara eyni reaksiya verib – cihaz bütün hallarda eyni impulsları qeyd edib. Ancaq buna baxmayaraq, ölərkən insanın eşitdiyini anlayıb-anlamadığı sirr olaraq qalır. Araşdırmanın aparıcı müəllifi olan Elizabet Bludonun sözlərinə görə, bu tədqiqat təsdiqləyib ki, ölüm ayağında insanlarla danışmağa dəyər. / Report