İnsanlar idman etmədikləri üçün 67 milyard dollardan çox ziyana düşüb
2013-cü ildə idman etməmək və hərəkətsizlikdən yaranan problemlərə görə, dünya ölkələrində 67.5 milyard dollar vəsait xərclənib. Maide.Az xəbər verir ki, tədqiqatçılar deyir ki, idman fəaliyyətlərinin az olmasına görə,yaranan sağlamlıq problemlərinə üçün xərclənən vəsait ölkələrin çoxunun ÜDM-ndən çoxdur. “Lancet” tibbi jurnalında yazılan məqalədə bildirlir ki, bu vəsaitin 53.8 milyard dolları sağlamlıq xidmətlərinə və 13.7 milyard dolları məhsuldarlığın itirilməsinə yönləndirilib. Məqalə müəllifləri bildirir ki, bu tədqiqatlar dünyanın 142 ölkəsində (dünya əhalisinin 93 faizi) əhalinin sayı və iqtisadi göstəriciləri nəzərə alınaraq aparılıb. Tədqiqatlar 1 milyon insanın üzərində və beş xəstəlik – infakt, insult, diabet və xərçəngin iki növü üzrə aparılıb. Rəqəmlər ehtimal üzrəində hesablanır, həqiqi rəqəmlər əgər mühasibə olunarsa bu məbləğin qat qat artıq olacağını istisna etmir. Tədqiqatçılar bildirir ki, hərəkətsiz həyat tərzinə görə hər il dünyada 5 milyon nəfərdən çox insan həyatını itirir.