Maide.az

İnsan haqları təşkilatları Şeyx Əli Salmanın azad edilməsini tələb edir

İnsan haqları üzrə 37 təşkilat Bəhreynin Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın tezliklə azad edilməsini tələb edib. Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, təşkilatlar öz bəyanatlarında Ali-Xəlifə rejiminin Şeyx Salmana qarşı irəli sürdüyü ittihamları “siyasi zülm “ və “ yalançı ədalət “ adlandırıblar. Bəyanatda Şeyx Əli Salmanın milli və siyasi  bir şəxsiyyət olduğu və dialoq və dinc prinsiplərə inandığı vurğulanıb. Qeyd edək ki, dekabrın 28-də təhlükəsizlik qüvvələri Bəhreynin ən böyük şiə müxalif təşkilatlarından olan Əl-Vifaqın baş katibi Şeyx Əli Salmanı həbs edərək, naməlum istiqamətə aparıblar. Şeyx Əlinin həbsi həm Bəhreyndə, həm də digər ölkələrdə Əhli-Beyt sevərlər və alimlər tərəfindən tənqid olunub. /