Maide.az

İnquleştiyada öldürülən 8 yaraqlının İŞİD-ə bağlı olduğu açıqlanıb

İnquleştiyanın Çeçenistanla sərhədində öldürülən 8 yaraqlının İŞİD-ə bağlı olduğu açıqlanıb.   Bu barədə Rusiya Milli Antiterror Komitəsindən bildirilib. Zərərsizləşdirilən silahlılar arasında Adam Tagilovun meyiti tanınıb. O, 2014-cü ildə Qroznıda hokumət strukturlarının binalarına hücumun təşkilində günahlandırılır.   Hadisə yerində xeyli silah-sursat aşkarlanıb.