Maide.az

Novruz bayramı ərəfəsində əvf ola bilər

Yanvarın 30-dan Azərbaycan prezidenti yanında Əvf Məsələləri Komissiyasının iclasları başlayır.   Maide.Az bildirir ki, bu barədə Turan-a komissiya üzvü, "Konstitusiya" araşdırmalar mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib.   Onun sözlərinə görə, komissiya əvf haqqında müraciəti araşdıracaq. İşlər başa çatdıqdan sonra dövlət başçısına əvf oluna biləcək şəxslərin siyahısı təqdim ediləcək.   Novruz bayramına (20-21 mart) qədər növbəti böyük əvf olacağı istisna deyil.