Maide.az

Novosibirskdə partlayış olub, 4 hərbçi yaralanıb

Rusiyanın Novosibirsk vilayətində hərbi təlim zamanı 4 hərbçi xəsarət alıb.   Məlumatı Mərkəzi Hərbi Dairənin Mətbuat Xidməti yayıb.   Təlim zamanı artileriya mərmisi partlayıb. İlkin məlumata görə, hadisə texniki təhlükəsizliyə riayət edilməməsi səbəbindən baş verib.   Dairənin hərbi komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlayıb. / TASS