Maide.az

NİİM: Paytaxtın əsas küçə və prospektləri nəqliyyatın hərəkəti üçün açıqdır

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti tam normaldır.   Bu barədə Maide.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.   Məlumata görə, bu saata qədər müvafiq qurumlar paytaxtın əsas küçə və prospektlərini qardan təmizləyərək yollara duz və qum səpib:   “Görülən işlərin nəticəsi olaraq paytaxtın əsas küçə və yollarında nəqliyyatın intensiv hərəkəti yaradılıb və yollarda heç bir problem yoxdur”.