NileSat Livanın 6 kanalının yayımını dayandırır
Misirin NileSat peyk yayım şirkəti Livanın 2 kanalının o cümlədən Əl-Minar kanalının yayımını dayandırıb və Livanın daha 4 kanalının yayımınıda dayandıracağını açıqlayıb. Maide.az xəbər verir ki, hazırda Livan Hizbullahına bağlı olan Əl-Minar telekanalının yayımı bu peykdən dayandırılıb. Livanın digər kanalları o cümlədən MTV, Əl-Cədid, Livantv, NBN kimi kanallarında Nile Sat peykindən yayımı dayandırılır. Qeyd edək ki, bundan öncə ArabSat öz ofisini Livandan İordaniyaya köçürməklə Əl-Minar kanalının yayımını dayandırmışdı. Hazırda Əl-Minar kanalı yalnız Rusiya peykində tamaşa etmək mümkindir. NileSat şirkətinin bu hərəkəti bir çox ekspertlərin tənqidi ilə üzləşib.Tənqidçilər bu addımı söz azadlığına və beynəlxalq qanunlara zidd hesab edirlər. Əl-Ərəbiyyə kanalı Əl-Minar kanalının yayımının dayandırılmasına səbəb kimi bu kanalın guya məzhəblər arasında ixtilaf yaratdığını iddia edib./