Maide.az

Nikaraquada leysanda ölənlərin sayı 7 nəfərə çatıb

Nikaraquada güclü yağışlar nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Rosario Murilo məlumat verib.   Daha öncə 5 nəfərin öldüyü, daha 2 nəfərin itkin düşməsi barədə məlumat verilmişdi.   Güclü yağışlar Sakit okeanda yaranmış və Nikaraqua sahillərinə vurmuş "Selma" qasırğası səbəbilə yaranıb.   Hazırda qasırğanın Salvador istiqamətinə irəliləməsi bildirilir.