Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 448-ə çatıb
Nikaraquada etiraz aksiyaları zamanı ölənlərin sayı 448-ə çatıb. Maide.Az xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb. “Ölənlərdən 31 nəfəri həddi-buluğa çatmayan şəxslərdir, 2083 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir. Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.