Nijniy Novqorodda Rusiyanın 50 regionundan məscid imamlarına ixtisasartırma kursları təşkil olunub -FOTO
Hüseyn Faizxanov adına Nijniy Novqorod şəhər İslam İnistitunda ixtisasartırma kursları təşkil olunub. Bunu Maide.az –a açıqlamasında Camiətul-Mustafa Beynəlxalq Universitinin Quran evinin rəhbəri Namiq Abışov deyib. N.Abışov bildirib ki, bu kurslarda Rusiyanın 50 regionundan 50-dən çox məscid imamı, müəzzin və imam yardımçısı iştirak edir. “Kurs iştirakçılarına müxtəlif dini mövzularda o cümlədən tədris, müəllimlik və təbliğ metodları dərsləri keçirilir. Bundan başqa onlar Quran tilavəti, təcvid, Quranı üzündən sərbəst oxuma və əzbərləməsi üzrə biliklərini artırırlar.” N.Abışov əlavə edib ki, kursu bitirənlərə sertifikat da verilir. Onun sözlərinə görə, ixtisasartırma kursları il ərzində Rusiyanın müxtəlif bölgələrində təşkil olunur. “Altı ay öncə Moskvada belə bir kurs təşkil olunmuşdu ki, həmin kursda Rusiyanın müxtəlif bölgələrindən və Müstəqil Dövlətlər Birliyi ölkələrindən 150 müfti iştirak etmişdi.Ötənil isə kursu Sankt-Peterburqda 100 imamın iştirakı ilə təşkil etmişdik.”