Maide.az

Nigeriya xalqının Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə oturaq aksiyasının 40-cı günü - FOTO

Nigeriya xalqı fevralın 27-si paytaxt Abucada küçələrə çıxaraq, ölkədə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin azadlığa buraxılmasını tələb ediblər.   Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, xalq səsləndirdiyi şüarlarda Şeyx İbrahim Zəkzəkinin həbsdə saxlanılmasının qanunsuz olduğunu vurğulayaraq, hökumətdən Federal Ali Məhkəmənin Şeyx Zəkzəki və xanımının barəsində verdiyi qərarı icra etməsini tələb edib.   Digər tərəfdən, paytaxt Abucadakı Fəvvarələr meydanında Nigeriyanın vətəndaş cəmiyyəti ilə qeyri-hökumət təşkilatlarının Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə yanvarın 17-dən etibarən başlatdığı oturaq aksiyası artıq 40-cı gündür ki, davam edir.   Fevralın 26-sı davam edən oturaq aksiyasına ölkənin tanınmış professoru Çidi Odinkalu da qatılıb.   O, da öz növbəsində Şeyx Zəkzəkiyə qarşı edilənlərin Nigeriyanının nüfuzuna xələl gətirdiyini bildirib və ölkə başçısı Muhammadu Buxaridən şeyx və xanımı ilə yanaşı, həbsə atılmış bütün İMN fəallarının dərhal azad etməsini istəyib.