Maide.az

Nigeriya İslam Hərəkatının üzvi həyatını itirdi

Nigeriyanın Sokoto şəhərində keçirilən dinc aksiyada güllə yarası alan Şeyx Qasim  Sokoto həyatını itirib.    Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının  üzvi olan Şeyx Qasim Sokoto  ötən ay Sokoto şəhərində  Şeyx Zəkzakiyə dəstək məqsədilə keçirilən dinc aksiyada  polis tərəfindən açılan atəş nəticəsində ağır yaralanmışdı.    Nigeriyada artıq bir neçə müddətdir ki,  Nigeriya İslam Hərəkatı lideri Şeyx Zəkzakinin azadlığa buraxılması tələbi ilə  ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilir.