Maide.az

Nigeriya prezidenti yenə Şeyx Zəkzəkinin tərəfdarlarının etirazı ilə qarşılaşdı - FOTO

Nigeriyanın prezidenti Muhammadu Buxari paytaxt Abucadakı məscidə ziyarəti vaxtı növbəti dəfə Şeyx Zəkzəkinin tərəfdarlarının etiraz mitinqiylə qarşılaşıb.   Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, keçən həftəni cümə günü prezident Buxarinin maşın karvanı “Şeyx Zəkzəkiyə azadlıq” şüarı ilə keçirilən dinc etiraz aksiyasının yanından keçib.   Etirazçılar 2015-ci ilin dekbarından qanunsuzcasına və heç bir ittiham olmadan həbsdə saxlanılan Şeyx Zəkzəkinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.   Prezident Buxari ikinci dəfədir ki, Şeyx Zəkzəkinin tərəfdarlarının mitinqi ilə qarşılaşır.