Maide.az

Nigeriya ordusu qaçqın düşərgəsini bombaladı: azı 100 nəfər öldü

Nigeriya Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb.   Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Nigeriya hökuməti elan edib ki, təkfirçi Boko Haram terror təşkilatına qarşı əməliyyat zamanı ölkənin Hərbi  Hava Qüvvələri "səhvən" bölgədəki qaçqınları hədəfə alıb.    Nigeriya ordusunun generalı Laki İrabor da bildirib ki, "Boko Haram" radikal qruplaşmasına qarşı əməliyyat zamanı Hərbi Hava Qüvvələri "səhvən" qaçqınlar düşərgəsinə və humanitar xidmətin ərazisinə bomba atıb.   O, əlavə edib ki, biz hələ bilmirik bu hücum nəticəsində neçə nəfər həlak olub.    Ölənlər və xəsarət alanlar arasında “Sərhədsiz həkimlər” və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.