Nigeriya şiələrinin Şeyx Zəkzakiyə dəstək yürüşü davam edir – Foto
Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin hakimiyyət tərəfindən qanunsuz həbsdə saxlanılmasına şiələrin etiraz aksiyaları davm etdirilir. Maide.Az İQNA-a istinadla xəbər verir ki, Nigeriya şiələri paytaxt Əbucada hər fürsətdə liderlərinə dəstək yürüşləri təşkil edirlər. İslam Hərəkatına sadiq qalan şiələr dünən də (17 Sentyabr 2019-cu il) yürüş təşkil edərək Şeyx Zəkzaki və xanımının həbsdən azad edilməsini tələb edib.