Maide.az

Nigeriya şiələri Fələstinə dəstək aksiyası keçirib

Ötən gün  Nigeriyanın paytaxtı Abucada Əhli-beyt (ə) ardıcılları şəhərin came məscidi qarşısında toplaşaraq Fələstinə dəstək aksiyası keçirib.    Maide.Az xəbər verir ki, aksiya iştirakçıları  işğalçı İsrail rejiminin Fələstinin işğal olunmuş  ərazilərində törətdiyi cinayətləri və ABŞ-ın Fələstindəki məsələlərə müdaxiləsini pisləyib.    Aksiya iştirakçıları ABŞ-ın Suriyanın işğal olunmuş Qolan yüksəkliklərini işğalçı rejimin xeyrinə rəsmiyyətə tanıması sərt tənqid edib və beynəlxalq qurumlardan bu məsələdə sükutlarını pozmağı tələb ediblər.