Maide.az

Nigeriyada xalq Şeyx Zəkzəkiyə azadlıq tələbi ilə küçələrə çıxdı - FOTO

Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəkinin bir sıra tərəfdarları onun dərhal azadlığa buraxılmasını tələb etmək üçün paytaxtda mitinq keçirib.   Noyabrın 9-u Nigeriya İslam Hərəkatının üzvləri paytaxt Abucanın Vos bölgəsində Şeyx Zəkzəki və həyat yoldaşının dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edən nümayiş təşkil ediblər. Nümayişçilər əllərində Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının liderinə dəstək olaraq Şeyx Zəkzəkinin plakatlarını və şəkillərini daşıyıblar.   Son günlərdə Şeyx Zəkzəkinin tərəfdarları Fransa pezidenti Emmanuel Makronun İslam əleyhinə açıqlamalarını qınamaq üçün mitinq keçirmişdilər. /deyerler.org/