Nigeriyada təbi fəlakət: 50 mindən çox insan evlərini tərk edib
Nigeriyanın cənubunda intensiv yağışlar nəticəsində baş verən daşqınlar 51 min insanın evlərini tərk etməsinə səbəb olub. Maide.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komissiyasının rəhbəri Prinsvill Ayim məlumat verib. Onun sözlərinə görə, Boki, Etnuq, Biase, Jalabar regionlarında və Kross River ştatında baş verən təbii fəlakət nəticəsində çoxlu insan təlafatı var. 4370 ev və minlərlə hektar ərazi su altında qalıb. Hazırda hökumət insanları müvəqqəti düşərgələrdə yerləşdirib. Fəlakət nəticəsində malyariya xəstəliyinin geniş yayıldığı bildirilir.