Maide.az

Nigeriyada silsilə partlayışlar nəticəsində 16 nəfər ölüb, 13 nəfər yaralanıb

Nigeriyanın Borno ştatında törədilmiş silsilə partlayışlar nəticəsində 16  nəfər ölüb, 13 nəfər yaralanıb.   APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə,  partlayışlar terrorçu-kamikadzelər tərəfindən törədilib.   Məlumata əsasən, hədəflər arasında Borno ştatının inzibati mərkəzi Mayduquri şəhərinin universiteti olub.     Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Partlayışların  “Boko Haram” terror qruplaşması tərəfindən hazırlandığı ehtimal edilir.